Cəmiyyət

Qəhrəman həkim - Yaralı 8 əsgəri həyata qaytardı - VİDEO

10 Dekabr 2020 16:47
Baxış: 1 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndi sizə öz peşə borcunu qürurla yerinə yetirən qəhrəman həkimdən danışacağıq. Reanimatoloq Kəmalə Namazova, 7 hərbçimizi kliniki ölümdən xilas edib. Həmçinin, morqda olan və ölmüş hesab edilən 1 nəfər qazimizi də həyata qaytarıb.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, o, 7 hərbçimizi kliniki ölümdən xilas edən, morqda olan və ölmüş hesab edilən 1 nəfər qazimizi də həyata qaytaran qəhrəman həkimdir.

Söhbət yaralı əsgərlərimizi müalicə edən, əslən Qərbi Azərbaycanın Qarakilsə rayonundan olan anestezioloq - reanimatoloq Kəmalə Namazovadan gedir. O, vəzifə borcunu qürurla yerinə yetirən qəhrəman həkimlər sırasındadır. Könüllü olaraq cəbhəyə yolanıb , həmkarları ilə birgə öz vəzifəsini orada davam etdirib.

Kəmalə həkim deyir ki, sevidirici hal o idi ki, onların müalicə etdiyi yaralılardan dünyasını dəyişən olmadı.

Orada çalışan həkimlərin yalnız bir amalı olub, əsgərlərimizi xilas etmək. Deyir ki, torpaqlarımızın işğaldan azad olunması xəbərini eşidəndə ən sevincli günlərimizi yaşayırdıq, o xəbərlərdən güc alırdıq.

Bildirir ki, cəbhədə olan həkimlərimiz cəngavər idi, Müzəffər Ordumuz kimi... Hamı əsgər üçün, Vətən üçün yumruq kimi birləşmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.