Cəmiyyət

Xudayarın silahdaşları İLK DƏFƏ DANIŞDI: Son döyüşündə dedi ki... - VİDEO - FOTO

9 Dekabr 2020 22:44
Baxış: 3 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətənimizin qəhrəman oğulları 30 ildir həsrətində olduğumuz torpaqlarımızın hər qarışını əsarətdən azad etdikcə sevinirdik, illərdir bu anı gözləyən 10 milyon ürək sevincdən az qaldı yerindən çıxsın, qürurdan ürəyimizin döyüntüləri də artırdı, ancaq hər gün neçə ürəyin buna görə döyüntüsü kəsildi. Yüzlərlə can, arzu torpaq oldu. Onlar mərdlik nümayiş etdirib, tarix yazdılar, şəhid oldular. Qarabağ boyda igidlər başlarını əymədən, gülərək, oxuyaraq, bir-birlərini ruhlandırıb, Vətəni səsləyərək mərdcəsinə yeridilər ölümün üstünə. Əlində silah, dilində vətən nəğməsi, ürəyində Azərbaycanı deyib getdilər əsirlikdə qalan Vətəni xilas etməyə...

Belə oğullarımızdan biri də ölümü ilə bütün Azərbaycana səs salan, məlahətli ifası ürəkləri titrədən şəhid gizir Xudayar Yusifzadədir.

Milli.Az bildirir ki, Xudayarın anası Radə Qurbanova oğlu ilə bağlı xatirələrini publika.az-la bölüşüb. Şəhidimizin anası deyir ki, oğlum yuxularıma gəlir, oyanmaq istəmirəm Xudayarlı yuxulardan.

Dastana çevrilən şəhidimizin döyüş yoldaşları isə deyir ki, o, təkcə döyüşmürdü, həm də onları ruhlandırırdı, haqq savaşına, mübarizəyə səsləyirdi. Xudayarın silahdaşları onun iştirak etdiyi son döyüşü və şəhidimizin orada dediyi son istəyini danışıblar və şəhidimizin döyüş bölgəsində çəkilən, heç yerdə olmayan fotolarını saytımızla bölüşüblər.

Ətraflı videomaterialda tanış ola bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.