““AzParking” işçilərinin gündə cəmi 1 dəfə təbii ehtiyaclarının ödəmək icazəsi var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"AzParking" MMC-nin işçisi əmək şəraiti ilə bağlı narazılığını bildirib.
Sosial şəbəkələrdə yayılan videoya əsasən, əməkdaş bildirir ki, təbii ehtiyaclarının ödənilməsi ilə bağlı gündə cəmi 1 dəfə icazə var:
"Bir qarın çörəyə görə digər bələdçilər də sakit qalırlar".
Bəs bu iddialar nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı Milli.Az-a "AzParking" MMC-nin məsul şəxsi İsmayılova Höküməxanım bildirib ki, sözügedən məlumatların həqiqəti əks etdirməyib, qərəzli xarakter daşıyır:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam qorunur. Parklanma xidməti üzrə bələdçilərimiz növbəli qrafiklə çalışırlar:
Birinci növbə: 07:00 - 14:30
İkinci növbə: 14:30 - 22:00
İş günü ərzində 1 saat nahar fasiləsi təmin edilir. Əməkdaşlarımız fasilələrdən sərbəst istifadə etmək hüququna malikdirlər. Onu da qeyd edək ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmamış, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməmişdir, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilmişdir.
Bayram günlərində işə çıxan əməkdaşlarımıza qanunvericiliyə uyğun şəkildə və normalar daxilində əmək haqqı ödənilir. Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna sahibdirlər. Şirkət sosial məsuliyyət prinsiplərinə uyğun olaraq həssas əhali qruplarından işə qəbul həyata keçirir. Komandamızda çoxuşaqlı ailə başçıları, övladını tək böyüdən atalar, təhsilini davam etdirən tələbələr və əlilliyi olan şəxslər çalışır. Onların bir çoxu digər şirkətlərdə iş tapa bilmədiyi halda "AzParking" ailəsinə qoşularaq iş sahibi olmuşlar".
Şirkətdən yayılan videoda səslənən iddialara cavab olaraq isə qeyd olunub ki, audit əməkdaşlarının vətəndaşların sessiyalarını bağlaması barədə iddia həqiqəti əks etdirmir:
"Audit əməkdaşlarının belə bir səlahiyyəti yoxdur, sessiyalar yalnız sistem üzərindən və tam izlənilə bilən şəkildə idarə olunur.Baş bələdçilərin işə qəbul edilmə prosesi barədə iddia reallığa uyğun deyil. Baş bələdçi daxili dəyərləndirmə nəticələri, performans göstəriciləri, liderlik və komanda idarəetmə kompetensiyalarına əsasən seçilir. İpatrul sürücülərinin işə götürülməsi barədə iddia əsası yoxdur. İpatrul sürücüləri müsahibə və sənədləşmə yolu ilə işə qəbul olunur.
"AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, eyni zamanda əməkdaşlarımızın hüquqlarını qorumaqdır. Qərəzli məlumatlara faktlarla cavab verəcək, fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsipləri üzərində davam etdirəcəyik".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
Yağış bu tarixədək davam edəcək
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
XƏBƏR LENTİ
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının mərkəzində 3 məşhur restoran fəaliyyətini dayandırdı
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
-
İşdən çıxarılmadan əvvəl işçiyə nə qədər vaxt verilməlidir?
-
Tom Skeritt vəfat etdi
-
Arda Gülərin təyyarədə təraş olması müzakirə yaratdı: “Güc sərxoşluğudur?” - (Video)
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
Ofelya Şabanova efirdə ingiliscə danışdı (Video)





