Cəmiyyət

Şuşa döyüşlərində yaralanmış XTQ döyüşçüsü coşqu ilə qarşılandı - VİDEO

9 Dekabr 2020 14:14
Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 gün davam edən və mütləq zəfərlə yekunlaşan Vətən Müharibəsində iştirak etmiş qazilərimizdən biri, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Qurbanov Şəmsəddin Zeynal oğlu doğulduğu Zaqatala rayonunda coşqu ilə qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şuşa uğrunda döyüşlərdə yaralanmış qazimizi rayon ictimaiyyəti, ailəsi, dostları və qohumları qarşılayıblar.

Azyaşlı övladını qucağından yerə qoymayan qəhrəmanımız qısaca fikirlərini də bölüşüb.

Vətən uğrunda şəhid olmuş dostlarından bəhs edərkən gözləri dolan Şəmsəddin Qurbanov ölkə başçısının siyasət meydanında qazandığı uğurların davamı olaraq özlərinin döyüş meydanında qələbə qazandıqlarını bildirib.

Ətraflı süjetdə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.