Evində Mirzəyevin siqaretini, Məmmədovun gəlininə verdiyi gülü saxlayır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncədə yaşayan Elnarə Tağıyeva evinin 3 otağında Qarabağ Qəhrəmanları Muzeyi yaradıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyinin reportajında bildirilir.
Qeyd olunub ki, muzeydə Qarabağ döyüşlərində 500-ə yaxın şəhid və qazinin xatirələri saxlanılır.
Tağıyeva 28 ildir şəhid və qazi ailələrini ziyarət etdiyini, onların şəxsi əşya və fotolarını topladığını, hətta ərazisində 5 ev olan kəndlərə getdiyini bildirib. O, muzeyin ilk əşyasının Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə məxsus siqaret olduğunu deyib.
Şəhid Ülvi Məmmədovun toyunda gəlininə verdiyi güldən, Ermənistan sərhədinə atılan güllədən, girov götürülməmək üçün özü ilə gətirdiyi zəhəri içən Qaratel Hacımahmudova kimi onlarla şəhidin əşyaları muzeydə yer alıb.
"1992-ci ildən bəri şəhid və qazi evlərinə gedirəm. Onlardan birinin anası "Oğlumu ürəyinizdə saxlayıb qapımıza gəldinizsə, deməli, oğlum ölmədi" söylədi", - deyə Tağıyeva bildirib.
O vurğulayıb ki, şəhid ailələri və qazilər tərəfindən bağışlanan əşyalar arasında şəhidlərin geyimləri də var: "Hamısı çox qiymətli əşyalardır. Hər birində bir ailənin göz yaşı var. Otaq qalmayıb, amma əldə etdiklərimi sərgiləməliyəm. Təzə şəhidlərimizin məzarlarına getdik və ailələri ilə söhbət etdik. Qırx mərasimi çıxandan sonra yadigarlarını toplamağa başlayacağıq. Hər şəhidin evindən və ailəsindən ürək ağrısı və göz yaşı ilə çıxdıq. Hamısının öz xatirələri var. Gənc olsalar da, çox şərəfli bir həyat keçirdilər. Mən muzeyin bu evdə qalmasını istəyirəm. Başqa bir yerə aparmağa dözə bilmirəm. Ancaq genişləndirmək istəyirəm".
Elnarə Tağıyeva öz ailəsində əsgərlərin olduğunu və hətta bibisi nəvəsi Turxan Məmmədovdan iki aydır xəbər ala bilmədiyini qeyd edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir





