Cəmiyyət

Hacıqabulda yaşadıqları yeri tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanılıb - FOTO

1 Dekabr 2020 08:33
Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb, 2 nəfər barəsində isə araşdırma aparılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinə koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Vaqif Əliqulu oğlunun yaşadığı Xalnar küçəsi, 2 ünvanını özbaşına tərk edərək başqa yaşayış məntəqəsinə - Şirvan şəhərinə getməsi məlum olub. Bu zaman adı çəkilən şəxs bir neçə avtomobil dəyişərək digər bir şəhərdə müxtəlif yerlərdə olub. Bu zaman epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq digər şəxslərin COVID-19 virusuna yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında V.Əliyev barəsində cinayət məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

Digər tədbirlər çərçivəsində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası birgə reydlər zamanı COVID-19 virusuna yoluxan Hacıqabul şəhər sakinləri - S.Vurğun küçəsi 6 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Həsənov Rasim Bilal oğlu və Xətai küçəsi, ev 3 mənzil 6 ünvanında yaşayan Əhmədov Elşən Məzahir oğlu yuxarıda götərilən ünvanlarda aşkar edilməyiblər. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası yaşadığı ünvanı tərk edən həmin şəxsləri tibbi prosedurlar gözlənilməklə evlərinə qaytarıb və onlarla profilaktik söhbətlər aparılıb.

Hər iki şəxs barəsində Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.