Cəmiyyət

Kür-Araz ovalığında bataqlıqlar artır

30 Noyabr 2020 12:01
Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müşahidələr göstərir ki, Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması bir sıra hallarda bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına şərait yaradır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, bunu xüsusilə Mil düzündə yerləşən Ağgöl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə aydın görmək mümkündür. Əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən də məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən kompleksinin sahəsi 2 min hektar artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.