Cəmiyyət

Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini gücləndirib - FOTO

26 Noyabr 2020 11:49
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı görülür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işlərini davam etdirirlər.

Mobil qrupların üzvləri insanların sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirir, mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhalini karantin rejiminin tələblərinə əməl etməyə çağırırlar. Bununla yanaşı onlar market və mağazalarda, geyim dükanlarında alıçı və satıcılarla söhbət edir, tibbi maskadan istifadə etməyin və sosial məsafə saxlamağın zəruriliyini bir daha xatırladırlar.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.