Cəmiyyət

900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

25 Noyabr 2020 10:56
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.

Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:

"Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.