Cəmiyyət

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?

23 Noyabr 2020 21:35
Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan əhalisinin vəsaitlərini əsasən hansı məhsulların alınmasına xərclədiyi açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq məhsul satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.