Cəmiyyət

"Ceyhun Mirzəyev, məkanın artıq cənnətdir"

23 Noyabr 2020 14:19
Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin (aktyor - red.) fotosunu paylaş̧dım və yazmışdım ki, rahat uyu, qisasın alınr.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Cavidan Novruz yazıb. Mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini yayımlayaraq bunları əlavə edib:

"Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi. İndi torpaqlar alınır, alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdam, Gülablı da azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.

İndi də sözümü tuturam, rahat uyu əvəzsiz Ceyhun Mirzəyev. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı. Onu ziyarətə gələcəm, "Yasin" oxutdurub, ətrafını gül-çiçəklə bəzəyəcəm. Sənə Ağdamın azad olunduğu müjdəsini verib, təbrik edəcəm, qəhrəman aktyorum.

Məkanın artıq cənnətdir məncə".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.