Cəmiyyət

Şuşa sakini 28 ildən sonra gətirdiyi sandığı açdı - FOTO

18 Noyabr 2020 04:30
Baxış: 2 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dağlıq Qarabağın ürəyi" adlandırılan Şuşanın düşmən tapdağından azad olunması azərbaycanlıların sevincinə sevinc qatır.

Milli.Az xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyi Şuşa sakinlərinin evindən reportaj hazırlayıb.

Azərbaycanın müxtəlif bölgələrində yaşayan şuşalılar bir zamanlar məcburi şəkildə tərk etməli olduqları məmləkətlərinin işğaldan azad olunmasını bayram edir.

Şuşa sakini Hamlet Məhərrəmov agentlik müxbirinə Şuşadakı evinin sənədlərini və fotolarını göstərib. O, Şuşanın işğaldan azad edildiyi gün sənədləri saxladığı sandığın ağzını açdığını və əşyaları nəvələrinə göstərdiyini bildirib: "Biz geri qayıdacağımızı bilirdik. Oraya ayaqyalın, iməkləyərək belə gedə bilərəm".

Qeyd edək ki, Azərbaycanın mədəniyyət və tarix beşiyi olan Şuşa 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdu. Şücaətli Azərbaycan Ordusu Şuşanı 8 noyabr 2020-ci il tarixində işğaldan azad edib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.