Cəmiyyət

Gəncə şəhəri növbəti dəfə dezinfeksiya edilib - FOTO

7 Noyabr 2020 13:00
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə COVİD-19 pandemiyasının geniş yayılmasının qarşısını alınması istiqamətində mütamadi olaraq qabaqlayıcı tədbirlər aparılır. Bu sahədə görülən tibbi-profilaktik tədbirlərin effektivliyinin artırılması məqsədilə Gəncədə gündəlik görülən dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş qaydada həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a bildirilib ki, dezinfeksiya işləri şəhərin mərkəzindəki küçə və prospektləri, park və xiyabanları, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinın sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.

Dezinfeksiya işlərinə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə yanaşı Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş işçiləri də cəlb edilirlər.

Qeyd edək ki, şəhərdə görülən profilaktik tədbirlər mütamadi olaraq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.