Cəmiyyət

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq - SİYAHI

23 Oktyabr 2020 02:30
Baxış: 2 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq.

Milli.Az bildirir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.

O bildirib ki, qriplə COVİD-19 virusunun simptomları bənzər olsa da onları bir-birindən fərqləndirən kiçik nüanslar var:

"Dozasına görə, vaksinlərin həm keyfiyyəti, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.