Cəmiyyət

"Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası" təsdiqləndi

21 Oktyabr 2020 20:04
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti 405 nömrəli Qərarına dair izah verib. Qərarla "Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası" təsdiq edilib.

Milli.Az bildirir ki, bu Sənəd dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir.

Sığorta haqqının ümumi məbləği sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayına habelə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.