Səhiyyə Nazirliyi Bakı məktəblərinin tibb məntəqələrində monitorinq keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva onlayn müsahibəsində məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən keçirilən monitorinqlərdən danışıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Esmira Hacıyeva bildirib ki, məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda "Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə" 10.09.2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinin əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb.
Sektor müdiri qeyd etdiyi kimi, aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilib.
Esmira xanım məktəblərdə hər gün aparılan müayinələrdən də danışıb. O, məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirildiyini bildirib. Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub.
Bundan sonra Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri qeyd edib ki, COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəsissələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib.
Aparılmış yoxlamalar nəticəsində məktəblərin tibb məntəqələrinin iş prosesində yaranan bir sıra çətinliklərin mövcüdluğu aşkar edilməsi haqqında danışan Esmira Hacıyeva, onların tezliklə aradan qaldırılması istiqamətində tapşırıqların verilməsi və tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılmasını vurğulayıb. 12 oktyabr 2020-ci il tarixində Bakı şəhər Baş Səhiyyə İdarəsində uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb müəssisələrinin rəhbərliyinin iştirakı ilə geniş iclas keçirilib, aşkar olunmuş çətinliklər haqqında ətraflı məlumat və iş prosesi təşkilinin gücləndirilməsi haqqında tapşırıqlar verilib.
"COVID-19 pandemiyası dövründə təhsil müəssislərində oxuyan şagirdlərin ilkin diaqnostikasını məhz məntəqədə çalışan tibb işçiləri həyata keçirir. Odur ki, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, bizim həkim və tibb bacılarımız bu vəzifənin öhdəsindən şərəflə gəlməkdədir", - Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva müsahibəsini bitirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib





