Erməni ordusunun qorxulu kabusu - "HAROP" kamikadze dronu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Torpaqlarımızı işğal edən Ermənistan sentyabr ayının 27-də atəşkəsi yenidən pozub, mülki əhalimizi atəşə tutdular. Azərbaycan şanlı ordusu mənfur düşmənə cavab vermək və tarixi torpaqlarımız işğaldan azad etmək üçün genişmiqyaslı əks - hücum əməliyyatlarına başladı. Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı uğürla davam edib. Bəzi ərazilərimiz işğaldan azad edilib.
Azərbaycan Ordusu bu döyüşlərdə ən müasir silah və texnikalardan istifadə edir. Bu yazıda sizə "Harop" kamikadze dronu haqqında geniş məlumat verəcəyik.
Azərbaycan ordusu tərəfindən kamikadze PUA-ları olan "Harop"lardan ilk dəfə 2016-cı ilin aprel döyüşlərində istifadə edilib. Xatırladaq ki, tarixə dörd günlük müharibə kimi düşmüş aprel döyüşlərində Ermənistandan işğal altında olan Ağdərə rayonu ərazisinə göndərilən birinci Qarabağ müharibəsi veteranlarından ibarət könüllüləri daşıyan avtobus Harop vasitəsilə vurulmuşdu. Yeddi erməni hərbiçisi məhv edilmişdi.
Ordumuz sentyabrda başlanan əks-hücum əməliyyatlarında da kamikadze dronlarında geniş istifadə edir. Döyüşlər zamanı "Harop" ermənilərin artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və canlı qüvvəsini məhv edib.
IAI Harop İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır (PUA) və gəzən sursatdır. Bu dron anti-radiasiya kateqoriyalı drondur - hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Əlavə olaraq əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır: Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər: Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.
Dronun qiymətinin 4.5 mln. ABŞ dolları olduğu bildirilir.
IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Öncələr qeyd olunduğu kimi Haropun iki növ idarəetmə üsulu vardır: Avtonom və ya bazadan idarəedilmə. Harop avtonom rejimdə özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən "Haroplar"dan məhz bu üsulla istifadə edilmişdi. Nəticədə bir çox hədəf dəqiqliklə məhv edilmişdir. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. 5 hərbçi yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi. Eləcə də 2020-ci ilin sentyabrında işğal olunan Azərbaycan torpaqlarında gedən döyüşlərdə də hazırda bu kamikadze dron uğurla istifadə edilməkdədir.
Düşmən Harop hücumunu aşkarlayıb radarın siqnal yaymaması üçün söndürsə belə, Haropun elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa Harop avtonom olaraq bazaya qayıdır. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - Döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. IAI daha kiçikölçülü əməliyyatlar üçün 2015-ci ildə Haropun daha kiçik versiyasını hazırladı. Təqribi məlumata görə yeni kiçik dron Haropun 1/5 həcmində olacaq və daha kiçik - 3-4 kiloqramlıq əsas döyüş başlığı daşıyacaqdır. Bu dron daha ucuz olmaqla yanaşı tez-tez itən hədəflərə qarşı və zaman məhdudiyyətli əməliyyatlarda istifadəsi nəzərdə tutulur.
Türkiyənin hələ 2005-ci ildə Haroplarla maraqlandığına aid məlumatlar var. 2005-ci ilin oktyabrnıda MBDA şirkəti Haropu "Ağ Şahin" adı altında Böyük Britaniyanın Müdafiə Nazirliyinin "Gəzən Sürsat" tenderinə təqdim etdi. Lakin Müdafiə Nazirliyinin qərarına görə tenderi Britaniya şirkəti qazandı. 2007-ci ilin avqust ayında Hindistan Hava Qüvvələri 100 milyon dollar müqabilində Harop sistemlərini alacağını bildirdi. Harop ilk dəfə açıq ictimaiyyətə Hindistanda heçirilən Aero India 2009 şousunda göstərildi.Harop ilk dəfə hərbi əməliyyatlara "4 günlük müharibə" zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girdi. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixində ilk dəfə "gəzən sursatdan" istifadə kimi düşdü. Bu döyüşlərdə Haropla endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik "gəzən sursat" olan Haropun postsovet məkanında yeganə istifadəçisidir.
Xarakteristikalar
Ekipaj: 0
Uzunluq: 2.5 metr
Qanad ölçüsü: 3 metr
Məsafə: 1000 kilometr
Sürət: 185 kilometr/saat
Havada qalma müddəti: 6 saat
Ümumi çəkisi: 135 kiloqram
Döyüş başlığı: 23 kiloqram
Sahib olan ölkələr:
Almaniya
Azərbaycan
Hindistan
İsrail
Türkiyə
Bundan sonra da "Harop" kamikadze dronlarının ordumuzun zəfərlərində böyük payı olacaqdır.
Fərid Zöhrabov
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib





