Cəmiyyət

Bu məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb

30 Sentyabr 2020 17:36
Baxış: 2 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gündəlik yoluxmada azalma hiss edirik. Oktyabrın 1-dən məktəblər iki kateqoriyada olacaq. Şagird sayı 200-dən çox və az olan məktəblər".

Milli.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. 

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda şagird sayı 200-dən aşağı məktəb yoxdur, ibtidai siniflər həftədə 3 günə keçirilir, digər bölgələrdə şagird sayı 200-dən çox olanda 3 dəfə, 200-dən az olanda həftədə 5 gün dərs olacaq:

"Ara məsafəsi gözləmək tələb olunur. Oktyabrın 1-dən dərslər açılır, V-IX siniflər həftədə 3 dəfə olmaqla əyani dərslərə başlayacaqlar. Əyani dərslərdə həftəlik dərs yükü 15 saat olacaq, yəni gündəlik 5 saat dərs. İnanırıq ki, 15 saat ərzində Azərbaycan dili, Riyaziyyat, İngilis dili və digər dərsləri əyani formada keçəcəyik, bəzi dərslər isə distant formada keçiriləcək. X-XI sinifləin isə oktyabrın 15-dən əyani dərslərə cəlb olunması nəzərdə tutulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.