Cəmiyyət

Buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətini yoxlaya bilməyəcəyik - Məleykə Abbaszadə

24 Sentyabr 2020 17:35
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il üçün buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulurdu, amma hələlik biz bunu həyata keçirə bilməyəcəyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, xarici dildən danışma qabilliyyətinin yoxlanılması üçün texniki və maliyyə vəsaiti tələb olunur:

"Bilirsiz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə aparılacaq. Buna cəmiyyət də hazır olmalıdır. Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki,bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə monitorinq imtahanları keçirə bilmədik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.