Cəmiyyət

Dağlıq Qarabağda COVID-19-a yoluxanların sayı 394 nəfərə çatıb

24 Sentyabr 2020 14:50
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 394 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 9 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 329 nəfər sağalıb, 63 nəfərin müalicəsi davam edir. 5 nəfərin vəziyyəti ağır, 7 nəfərin vəziyyəti isə orta ağırdır. 85 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.