Cəmiyyət

Norveçin paytaxtında Azərbaycan məktəbi fəaliyyətə başlayıb

22 Sentyabr 2020 11:28
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Bu barədə Milli.Az-a Diasporla iş üzrə Dövlət Komitəsindən bildiriblər. Layihə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslo Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

Məktəbin açılış mərasimində Norveçdəki Azərbaycan icmasının üzvləri, müəllim-şagird heyəti və valideynlər iştirak ediblər. Tədbirdə Ramil Əliyev, Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva, valideyn Xəlil Alvani çıxış ediblər. Natiqlər Azərbaycan icmasının həyatında böyük əhəmiyyət kəsb edən bu hadisə münasibətilə şagirdləri və valideynləri təbrik ediblər, xaricdə yaşayan hər bir soydaşımızın, xüsusilə də övladlarımızın Ana dilimizi öyrənməsinin vacibliyini vurğulayıblar. Tədbirdə şagirdlərə Azərbaycan dili kursunun proqramı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ilkin mərhələdə məktəbdə 12 şagirdin təhsil aması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.