Neftçalada "Bilik günü": iki məktəb açıldı, aztəminatlı ailələrə yardım edildi - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15 sentyabr "Bilik günü" münasibətilə Neftçala rayonunda bir sıra tədbirlər baş tutub.
Rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, cari ildə iki yeni məktəbin açılışı olub. Belə ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 864 şagird yerlik Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbi yenidən əsaslı təmir olunub və müasir avadanlıqlar, istilik sistemləri, ümumilikdə infrastrukturun yenilənməsi ilə təchiz olunub. Digər bir yeni məktəb isə Azərbaycan Respublikası Prezidentinin 6 may 2020-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən inşa olunmuş 20 şagird yerlik modul tipli Yenikənd kənd ibtidai məktəbdir.
Hər iki məktəbin açılışında rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak edib.
Xıllı qəsəbə və Yenikənd kənd sakinləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Qeyd edək ki, bu iki məktəbin tikintisi və təmir bərpası ilə yanaşı, Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, Neftçala şəhərində 40 şagird yerlik modul tipli "Elektrik şəbəkə" ibtidai məktəbinin quraşdırılması işləridə davam etdirilir.⠀
Bu gün, həmçinin rayonunda ünvanlı sosial yardım alan, aztəminatlı və sosial yaşayışı aşağı olan ailələrin məktəbli övladlarına yardımlar olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin və "PAŞA Holding" MMC -nin təşkilatçılığı, yerli idarə və müəssisələrin, bələdiyyələrin, bir neçə şirkətin, yerli iş adamları və sahibkarların dəstəyi ilə rayon ərazisində şəhər, qəsəbə və kəndlərdə yaşayan ünvanlı sosial yardım alan, aztəminatlı, sosial yaşayışı aşağı olan ailələrin ibtidai siniflərdə təhsil alacaq məktəbli övladlarına yardımlar olunub və onlar məktəbli ləvazimatları ilə təmin edilib.
Koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq bu "Neftçala könüllüləri" ilə birgə Neftçala şəhərində, qəsəbə və kəndlərdə ünvanlı sosial yardım alan, aztəminatlı və sosial yaşayışı aşağı olan ailələrin evlərinə aparılaraq onlara birbaşa yerində təhvil verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





