Cəmiyyət

Bakının bu ərazisində 56 ev söküləcək

11 Sentyabr 2020 12:29
Baxış: 2 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki sürüşmə sahəsində yerləşən 18 ədəd ikimərtəbəli və 38 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evlərinin söküntüsü və ərazinin təmizlənməsi işlərinin satın alınması üçün açıq tender elan edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 5-i, saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 13-ü, saat 13:00-a qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi, 30 ünvanına təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun sektor müdiri - baş mühasib Gövhər Qorçiyevadır.

Telefon: (012) 452-39-10.

Təkliflərə oktyabrın 14-ü, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec bu ilin sonuna qədər təhvil verilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.