Cəmiyyət

Körpə nərə balıqları Kür çayına buraxılıb

10 Sentyabr 2020 19:57
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən tədbirdə Nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun və nərə balıqları çaya buraxılıb.

F.Əliyevin sözlərinə görə sentyabr ayı ərzində nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.