Cəmiyyət

Mingəçevir Dövlət Universitetində yay semestri uğurla başa çatıb

8 Sentyabr 2020 20:54
Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yay semestri uğurla başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk dəfə olaraq online formada təşkil olunan yay semestri çərçivəsində dərslər cari ilin 27 iyul - 28 avqust tarixlərində, imtahanlar isə 31 avqust - 03 sentyabr tarixlərində keçirilib.

Yay semestrinə hazırlıq məqsədilə universitet üzrə verilmiş müvafiq əmrdə aidiyyatı struktur bölmələri arasında rasional iş bölgüsü aparılıb. Mövcud qaydalara uyğun olaraq yay məktəbində tədris prosesinə universitetin müəllimləri könüllülük əsasında cəlb ediliblər.

"Microsoft Teams" platforması üzərindən təşkil edilən yay məktəbində ümumilikdə 46 fənn üzrə 122 tələbə iştirak edib. Pedaqoji fakültədə 13 fənn üzrə 36 tələbə, İqtisadiyyat və idarəetmə fakültəsində 19 fənn üzrə 48 tələbə, Mühəndislik fakültəsində 14 fənn üzrə 38 tələbə yay məktəbinə cəlb olunub. Yaz imtahan sessiyasında yaradılmış "Texniki dəstək qrupu"nun üzvləri yay məktəbinin təşkilində də fəal iştirak ediblər.

Akademik borcu olan tələbələrə öz təhsillərini normativ təhsil müddətində başa vurmaq imkanı yaratmaq üçün təşkil edilən yay məktəbində tələbələr mütəşəkkil iştirak ediblər. Tələbələrin online dərslərdə akiv və müntəzəm iştirakı sayəsində imtahanlarda yalnız müvəffəq qiymətlər qeydə alınıb. Cari yay semestri üzrə müvəffəqiyyət göstəricisi 100%, keyfiyyət göstəricisi isə 22% olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.