Cəmiyyət

Qazaxıstan universitetlərinə tələbə qəbulunun nəticəsi açıqlandı

4 Sentyabr 2020 16:17
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan və Qazaxıstanın təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 3 nəfər azərbaycanlı 2020-2021-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan Respublikası tərəfindən verilən yekun qərar nəticəsində Azərbaycan vətəndaşları "Abai Kazakh National Pedagogical University", "L.N. Gumilyov Eurasian National University" və "Al-Farabi Kazakh National University" ali təhsil müəssisələrində pedaqogika, dizayn, maliyyə ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 4 mart tarixində verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.