Cəmiyyət

Türkiyənin Tibb Elmləri Universiteti və Rusiyanın Hərbi Tibb Akademiyasına qəbul üçün müsabiqə elan olunub

3 Sentyabr 2020 12:02
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ilə Türkiyə və Rusiya arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2020/2021-ci tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunur.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 il, Hərbi Tibb Akademiyasında isə təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Seçilmiş namizədlər hərbi and içir və Azərbaycan ordusunda kursantların həqiqi hərbi xidmətinə daxil olurlar. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər sentyabr ayının 10-dək şəxsiyyəti təsdiq edən sənədin əsli ilə Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.