Cəmiyyət

Azərbaycanda qəribə ekzotik meyvə yetişdirildi

2 Sentyabr 2020 07:14
Baxış: 1 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax rayonunun Qorağan kənd sakini Süleyman Süleymanov həyətində bölgəyə xas olmayan Hind narı yetişdirib.

Milli.Az "Sputnik"-ə istinadən xəbər verir ki, təsərrüfat sahibi bitkinin toxumlarını 2 il əvvəl əldə etdiyini deyib.

"Bu il əkdim. Məhsul da göz qabağındadır. Mən bunu hobbi olaraq yetişdirirəm. İldən-ilə yeni-yeni meyvələr və bitkilər artırıram. Onları yetişdirmək istəyənlərə verirəm. Mənə elə gəlir ki, Hind narına düzgün qulluq edilsə, onu hər adam yetişdirə bilər", - deyə Süleymanov bildirib.

Həyətini gülüstana çevirən Süleyman Süleymanovun yetişdirdiyi digər maraqlı bitki isə armudvari balqabaqdır. Bu balqabaqdan əsasən suvenir kimi istifadə edilir:

"Yarısı sarımtıl, yarısı isə yaşıldır. Bərk formadadır. Dekorativ kimi istifadə olunur. Bunun üst sarımtıl hissəsi səliqə ilə kəsilib götürülür və içərisi təmizlənir. Sonra isə üst hissə aşağıya yapışdırılır. Nəticədə də qədəh alınır. Bunu da bu il yetişdirmişəm".

Qorağan kənd sakininin yetişdirdiyi qeyri-adi bitkilərdən biri də sarmaşıq gülüdür. Digər dekorativ bitkilərdən fərqli olaraq, o, hər il payızda tamamilə məhv olur.

"Sarmaşıq gülü noyabrda məhv olub gedir. Sonrakı ilə yenidən toxumunu səpirəm", - Süleymanov bildirib.

Kənd sakini onu da əlavə edib ki, yeni bitkilər axtarışındadır və gələn il qeyri-adiliyi ilə seçilən bitkilərin sayını daha da artıracaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.