Cəmiyyət

Sabah küçəyə çıxmamaq tövsiyə edilir

28 Avqust 2020 13:33
Baxış: 1 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxtın kommunal strukturlarından əldə etdiyin məlumata görə sabah, avqust ayının 29-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.