Cəmiyyət

Paytaxtda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

21 Avqust 2020 12:00
Baxış: 3 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ay ərzində Bakıda bağ evlərinin və torpağın qiymətində ucuzlaşma qeydə alınıb.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayında bahalı bağ evlərinin qiyməti 1.64 faiz azalıb. Onun sözlərinə görə, orta qiymətə olan bağ evlərində 0.61 faiz, ucuz evlərin qiymətində isə 1.36 faiz azalma var.

N.İbrahimov vurğulayıb ki, torpaq bazarında qiymətlərdə isə ay ərzində 8.16 faiz azalma müşahidə olunub.

Onun sözlərinə görə, ümumi daşınmaz əmlak bazarı üzrə ay ərzində 2.87 faiz azalma var.

Ekspert bildirib ki, qiymətlərin ucuzlaşmasına pandemiya və mövsümi amillər təsir edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.