Cəmiyyət

Pandemiya dövründə sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edib?

19 Avqust 2020 19:39
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 766,5 milyon sərnişinə xidmət göstəriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərnişinlərin 91,3 faizi avtomobil nəqliyyatı, 8,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 700,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 24,9 faiz azalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.