Cəmiyyət

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

18 Avqust 2020 20:12
Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tovuz rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Məqsəd Şakir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Tağıyeva Nuranə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.