Cəmiyyət

Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək

14 Avqust 2020 16:13
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərinin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.