Sabahdan Maştağa sakinləri "BakuBus" avtobusları ilə gedib-gələcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspress xətləri sabahdan fəaliyyətə başlayır.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə "BakuBus" MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq.
Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.
Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə "BakıKart" ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və "BakıKart"-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.
BNA nəzərə çatdırır ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
XƏBƏR LENTİ
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)





