Cəmiyyət

Bakıda ər arvadını bıçaqlayıb

4 Avqust 2020 08:38
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədova Aygül əri ilə dava zamanı bıçaqlanıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, əri evə gələrkən qadını evdə sevgilisi ilə görüb. Bu zaman qadın əri tərəfindən əvvəlcə döyülüb. Daha sonra bıçaqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.