Cəmiyyət

Operativ Qərargah brifinq keçirib

3 Avqust 2020 17:09
Baxış: 2 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev jurnalistləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər koronavirusla bağlı 738 963 test aparılıb. Aktiv xəstə sayı 4 868 nəfərdir, onlardan 272 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.