“Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında təntənəli mərasim keçirilib - FOTO - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin iştirakçıları üçün "N" nömrəli hərbi hissənin əsgər klubunda təntənəli bayram mərasim keçirilib.
Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, iki ölkənin dövlət bayraqları ilə bəzədilən salonda əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hər iki dövlətin himnləri ifa olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Qurban bayramı münasibətilə təbrikləri tədbir iştirakçılarına çatdırılıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq, qardaşlıq ənənələrindən, bu münasibətlərin bu gün də möhtərəm prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında daha da möhkəmlənərək uğurla davam etdiyindən danışıb.
Ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Paşanın "Sevincimiz də, kədərimiz də birdir" kəlamları mərasimin leytmotivinə çevrilib.
Keçən əsrin əvvəllərində Azərbaycan oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə Naxçıvanda ermənilərin törətdikləri qətliamlara son qoyulması minnətdarlıqla yad edilib.
Cari ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində baş verən hərbi toqquşma barədə A.Qurbani bildirib ki, ilk gündən qardaş Türkiyə də bizə mənəvi dayaq oldu.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə bu il də reallaşan hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri yenə də Ermənistan tərəfini qorxuya salıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi düşmən bilməlidir ki, "Erməni silahlı qüvvələri Azərbaycan torpağından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır" - kəlamları tədbir iştirakçıları tərəfindən ayaqda alqışlanıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun ifasında Türkiyə və Azərbaycan xalqlarının musiqi, mahnı və rəqslərindən, savaş marşlarından ibarət konsert proqramı böyük maraqla qarşılanıb, videoçarxlar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılara Abdulla Qurbaninin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə hazırladığı "Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi" adlı kitab-albomlar hədiyyə edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
XƏBƏR LENTİ
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb





