Cəmiyyət

Beş min il yaşı olan Azərbaycan kəndi

4 İyul 2020 19:08
Baxış: 1 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşı 5 min ildən artıq olan bu kənd Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Söhbət Qobustanın Sündü kəndindən gedir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kəndin ərazisində aparılan ilkin arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələrinə əsasən, burada ilkin yaşayış tunc dövrünə təsadüf edir.

Kəndin bir çox tarixi abidələri hazırda qorunub saxlanılır. Onlardan biri də 920-ci ildə inşa olunan tarixi Əbubəkir məscididir. Tarixi məscid bu gündə insanlara xidmət edir.

Kənddə nə az, nə çox 32 qəbiristanlıq var. Hazırda Sündü kəndində yaşayan üç minə yaxın kənd sakini öz dədə-babalarının qəbirlərini rahat şəkildə ziyarət edə bilirlər. Çünki atadan oğula, oğuldan övlada keçən bu məlumat və xatırlatma bu gün də davam etdirilir. Burada yaşayan yerli sakinlər adət-ənənəni qoruyub saxlayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.