Cəmiyyət

Bakıda sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk gecəsi - Postlar quruldu - FOTO

21 İyun 2020 08:19
Baxış: 3 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin müxtəlif istiqamətlərində polis postları qurulub. Postlarda sürücü və sərnişinlərin hərəkət üçün icazələri yoxlanılır.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların icazəsiz evdən çıxması qadağandır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.