Cəmiyyət

Azərbaycanın əməkdar incəsənət xadimi koronavirusdan dünyasını dəyişib

15 İyun 2020 21:50
Baxış: 2 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur azərbaycanlı fotomüxbir, "Tereqqi" dövlət mükafatına layiq görülmüş əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib.

Bir neçə gün əvvəl, səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq mərhum əməkdar incəsənət xadimi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Fərman Bağırovu xilas etmək mümkün olmayıb. O, 1936-cı ildə Bakıda anadan olub. Sonradan müəllimlik etdiyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 55 ildən çox peşə fəaliyyətinə həsr edib, "Kommunist" və "Azərbaycan" qəzetlərinin redaksiyalarında işləyib.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.