Cəmiyyət

"Direktor vəzifəsinə qəbul olmaq istəyənlər üçün hazırlıq prosesi təşkil oluna bilər"

5 İyun 2020 13:04
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maraqların toqquşması prizmasından yanaşdıqda, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə qəbul üçün namizədlərin müsabiqəyə hazırlaşdırılması prosesinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi mümkün deyil. Amma həmin hazırlıq prosesi 3-cü tərəf sayəsində təşkil oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, direktorların işə qəbulu üzrə müsabiqəyə namizədlərin hazırlanması üçün ictimai əsaslarla hazırlıq qrupları yaradıla bilər:

"Ümumi rifah naminə çalışmaq istəyən şəxslərə təklif edirəm ki, direktorların işə qəbulu üzrə müsabiqəyə namizədlərin hazırlanması üçün ictimai əsaslarla hazırlıq qrupları yaratsınlar. Düşünürəm ki, müsabiqə yolu ilə direktor vəzifəsinə təyin edilmiş şəxslər, - bir zamanlar təlimçi kimi fəaliyyət göstərən insanlar, digər rəhbər vəzifələrdə çalışanlar "ictimai repetitor" funksiyalarını yerinə yetirə bilərlər. Belə könüllülər olacağı təqdirdə tədrisin aparılması üçün müvafiq infrastruktur və təlim materialları ilə təminat məsələsində köməklik göstərə bilərik. Əsas olan odur ki, direktor olmaq istəyən namizədləri ödənişsiz əsaslarla hazırlaşdırmaq istəyən şəxslər olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.