Cəmiyyət

Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır

4 İyun 2020 19:07
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidmətinin Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.

Dövlət Miqrasiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, göstərilən müddətdə müraciətləriniz yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq.

İnsanlar onları maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.