Cəmiyyət

FHN tikintidə köməksiz vəziyyətdə qalan fəhlələri xilas etdi

28 May 2020 20:33
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtər rayonunda binanın fasadında üzləmə işləri aparılan zaman 2 nəfər fəhlə köməksiz vəziyyətdə qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman fəhlələrin olduğu konstruksiya (tikintidə istifadə olunan demir ayaqaltı) divardan aralanıb, nəticədə 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon yanğından mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər əməliyyat şəraitini qiymətləndirdikdən sonra, müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində həyatı təhlükəsi olan vəziyyətdə qalan şəxsləri xilasedicilər təhlükəsiz əraziyə çıxararaq xilas ediblər, həmçinin konstruksiyada bərkitmə işləri aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.