Cəmiyyət

Könüllü döyüşçü - bir güllə, iki sürgün, yaxud 100 yaşlı veteranın həyat yolu - VİDEO - FOTO

13 May 2020 23:16
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya müharibəsinin canlı şahidi olan Abdulla Cəfərov 100 yaşını tamamlayıb. Müharibənin acı xatirələrini unutmayan keçmiş döyüşçü 78 ildir ki, düşmən gülləsini bədənində gəzdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əslən Vedibasardan olan və erməni daşnakları tərəfindən öz doğma yurdundan sürgün edilən Abdulla kişi İmişlidə məskunlaşıb.

Veteranın oğlu Mehman Cəfərov bildirir ki, atası 1920-ci il mayın 12-də Vedibasar mahalının Məngü kəndində anadan olub. Yeniyetmə yaşlarında Abdulla kişinin atası dünyasını dəyişdiyi üçün ailə qayğısı onun üzərinə düşüb. Orta məktəbi fərqlənmə ilə başa vuraraq, işləməyə başlayıb. 1941-ci ildə - Böyük Vətən müharibəsi zamanı işlədiyi üçün müharibəyə çağırılmayıb. Buna baxmayaraq, Abdulla Cəfərov könüllü olaraq ordu sıralarına qoşulub. İlk döyüş yolu Belarusun 2-ci frontundan başlayıb. Daha sonra Smolensk ətrafında gedən döyüşlərdə fərqlənib. 1942-ci ildə döyüşlər zamanı qəlpə və güllə yarası alır. Kürək hissəsində olan qəlpə çıxarılsa da, qarın nahiyəsindəki güllənin götürülməsi mümkün olmur və o gündən bəri müharibənin acı xatirəsi kimi onunla bərabərdir.

1945-ci ildə müharibə bitdikdən sonra Ukraynada ordu sıralarında saxlanılan Abdulla Cəfərov bir il sonra doğma elinə - Vedibasara dönür. Ermənilər tərəfindən 1949-cu ildə öz yurdundan sürgün edilən ailə ilk dəfə İmişli rayon Bəcirəvan kəndində məskunlaşır. On il aran bölgəsində yaşadıqdan sonra 1959-cu ildə yenidən öz doğma elinə dönən ailə 1988-ci ildə təkrar sürgün edilir. Bu dəfə isə İmişlinin Şahverdili kəndində yurd salırlar.

Böyük Vətən müharibəsində faşistlərə qarşı döyüşən, erməni daşnakları tərəfindən iki dəfə öz doğma yurdundan didərgin salınan Abdulla kişi müharibədə göstərdiyi xidmətlərə görə bir çox təltiflərə, medallara da layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.