Cəmiyyət

Nazirlik: "Azərbaycan dili imtahanı evdən onlayn və ya imtahan mərkəzlərində keçiriləcək"

11 May 2020 16:40
2 Şərh     Baxış: 8 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tədris digər dillərdə təşkil olunmuş bölmələrin IX sinif şagirdləri üçün dövlət dili kimi Azərbaycan dili imtahanı iyun ayı ərzində ənənəvi şəkildə (kağız daşıyıcısı) keçiriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədris digər dillərdə təşkil olunmuş bölmələrin XI sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində (elektron və ya kağız daşıyıcılarında) keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunların bu məqsədlə istifadə edəcəkləri avadanlıq müəyyən ediləcək texniki şərtlərə cavab verməlidir.

Mayın 20-dək ali (orta ixtisas) məktəblərinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan ümumilikdə 2 dəfə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.