Cəmiyyət

Bakıda 8 marşrut xəttinin hərəkət istiqaməti dəyişir

7 May 2020 18:31
0 Şərh     Baxış: 2 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 8 may tarixindən etibarən 28 May küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu səbəbdən 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək alternativ istiqamətlərdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.