“Sədərək”də yanan mağaza ilə bağlı şok faktlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verildiyi kimi bu gün "Sədərək" Ticarət Mərkəzində güclü yanğının baş verdiyi anbar "Super Toys" mağazalar şəbəkəsinə məxsus olub.
Şirkətin həmin anbarı icarəyə götürdüyü deyilir. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, "Super Toys" oyuncaq mağazası hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Maraqlıdır ki, şirkətin rəsmi səhifəsində onların Azərbaycan oyuncaq bazarında 2017-ci ildən etibarən rəsmi olaraq tək fəaliyyət göstərdiyi (monopolist demək olar) bildirilir. Oyuncaq mağazalar şəbəkəsinin hazırda 19 filialı müştərilərinə keyfiyyətli və modern məhsullar təqdim edir.
Daha bir ilginc fakt odur ki, ötən ilin bu vədələri, konkret desək, sentyabr ayında mediada "Super Toys" mağazalar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıdığı haqda informasiyalar dərc olunmuşdu. Şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 1 milyon 458 min 915 manat 28 qəpik vergi borcu olduğu üzə çıxmışdı.
Qeyd edək ki, "Supertoys" MMC-nin qanuni təmsilçisi Xəqani Cəfərov, şirkətin icraçı direktoru Səidə Fətullazadə olduğu bildirilirdi.
"Sədərək" Ticarət Mərkəzindən isə yanğınla bağlı rəsmi məlumat hələ də yoxdur.
Xatırladaq ki, bu ticarət mərkəzində tez-tez yanğınlar olub. 2023-cü ilin yanvarında ticarət mərkəzində böyük yanğın olmuşdu. "Sədərək" ticarət mərkəzində 27 mağazanın qəsdən yandırılmasında şübhəli bilinən şəxs saxlanılmışdı.
İlkin araşdırma zamanı məlum olmuşdu ki, 27 kirayəçi və mülkiyyətçi əmlakın yandırılması Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən törədilib. Bu yanğında texniki nasazlıq və ya insan faktorunun olub-olması yalnız araşdırmalardan sonra üzə çıxa bilir.
Sonda qeyd edək ki, ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfər müraciət edib. TƏBİB-dən verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadının son vəziyyəti - Yenilənib - (Video)
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
XƏBƏR LENTİ
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
“Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Maaşlar artacaq: Saatlıq minimum əmək haqqı tətbiq olunacaq





