İdman

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

24 Avqust 2025 22:19
Baxış: 281
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Milli.Az-ın məlumatına görə, günün ikinci matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1

Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Araz-Naxçıvan" xallarının sayını 4-ə çatdırıb. "Turan Tovuz" isə 3 xalda qalıb.

Günün ilk görüşündə "Sabah" səfərdə "Şamaxı"nı üstələyib - 2:1.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında "Neftçi" "İmişli" ilə heç-heçə edib. "Sumqayıt" "Qarabağ"ı (1:0), "Karvan-Yevlax" "Kəpəz"i (3:2) məğlub edib. Tura avqustun 25-də "Qəbələ" - "Zirə" matçı ilə yekun vurulacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.