Dünya

İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq

24 Avqust 2025 23:16
Baxış: 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Norveç və Almaniya Ukrayna üçün tam döyüş komplekti ilə birlikdə iki ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminin alınmasını maliyyələşdirmək barədə razılığa gəliblər.

Milli.Az xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı məlumatda bildirilib.

Hökumətin məlumatına əsasən, kompleks dəstək sistemlər üçün raketləri də əhatə edəcək.

Bildirilir ki, HHM sistemlərinin tədarükü Almaniya ərazisindən həyata keçiriləcək.

Bundan əlavə, Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün təxminən 7 milyard kron (695 milyon dollardan çox) vəsait ayıracaq. (oxu.az)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.