Kamaləddin Qafarov: “Böyük Qayıdış dövlətimizin prioritet proqramıdır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı iri miqyaslı bərpa və yenidənqurma işlərinin yüksək dinamikası imkan verir ki, həmin ərazilərə bir vaxtlar bu torpaqlarda yaşamış, lakin erməni işğalı dövründə öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımızın geri dönüşü də yüksək intensivliklə həyata keçirilsin."
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, hazırda Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur. "Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 21-də bu rayona etdikləri səfər ölkə ictimaiyyətinə Kəlbəcərdə aparılan işlərin böyük vüsətini bir daha tam dolğunluğu ilə nümayiş etdirdi."
Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfəri bu torpaqlarda görülən işlərin mühüm prioritet istiqamətlərdən biri kimi xüsusi nəzarətdə saxlandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırmış olur. "Bu proses görülən işlərin və həyata keçirilən Böyük Qayıdış dövlət proqramının önəmli xarakterindən irəli gəlir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin Vəng kəndində üç yeni kiçik su elektrik stansiyasının açılışını ediblər.Dövlət başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüb və onlara yeni mənzillərinin açarlarını təqdim edib. Səfər çərçivəsində Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, eləcə dəşəhər parkının təməli qoyulub. Möhtərəm Prezidentimizin burada yerli sakinlərlə görüşü zamanı dediyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir."
K.Qafarov dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı burada yerli sakinlərlə keçirdiyi görüşlərin siyasi-mənəvi əhəmiyyətini xüsusi vurğulayıb: "Belə görüşlər 30 illik məcburi köçkünlük həyatı yaşamış insanların öz dədə-baba yurdlarında bundan sonra sülh və əmin-amanlıq içərisində, tam təhlükəsiz şəraitdə yaşayacaqlarına inamlarını daha da gücləndirir, onlara ruh yüksəkliyi bəxş edir. Digər tərəfdən isə, həm ölkəmizdə cərəyan edən proseslər, həm də qlobal miqyasda baş verən və ölkəmizə bu və ya digər şəkildə bilavasitə təsiri olan hadisələr barədə birbaşa ölkə rəhbərinin açıqlamalarını eşitmək insanlarda həmin hadisələrə düzgün baxış bucağının formalaşması üçün ən əlverişli amildir. Bu baxımdan son günlər ölkəmizdə ən çox müzakirə olunan mövzunun cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi rəsmi səfərin və Ağ Evdə keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan ölkə rəhbərlərinin Zirvə Görüşünün nəticələri ilə bağlı olduğunu nəzərə alsaq, bu zaman dövlət başçımızın Kəlbəcər şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini də aydın şəkildə görə bilərik. Cənab Prezident bir daha Ermənistanla sülh müqaviləsinin müəllifinin məhz Azərbaycan olduğunu diqqət mərkəzinə çəkdi və bildirdi ki, müqavilənin bütün bəndlərinin tərtibatında ölkəmizin mövqeyi hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması isə faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoymuş oldu. Paraflanmış mətndə Naxçıvanla quru yolla bağlantının təmin edilməsinə və ATƏT-in Minsk qrupunun ləğvinə dair müddəaların yer alması da Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"





